600 min ABŞ dolları borca görə III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsini girov qoyan Rafael Cəbrayılovun dəbdəbəli villası üzə çıxıb.
Dəyəri milyonlarla manat olan villa keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində “milyonçular məhəlləsi” kimi tanınan ərazidə yerləşir. Villanın fotoları da yenisabah.az-ın redaksiyasına göndərilib.
Rafael Cəbrayılovla bağlı başqa maraqlı fakt da var. O deputat olsa da, adı seçici siyahısında yoxdur. Hər halda Mərkəzi Seçki Komisiyyasının internet səhifəsinə yerləşdirilən seçici siyahısında Rafael Cəbrayılovun adı qeyd edilməyib.afn.az