Xeber-Xetti.com saytının yayımladığı video ya əsasən Yasamal rayon İsmail Qurtqaşenli 3 ünvanında yerləşən ərazidə hansısa iyaşə obyektinin tikilişi üçün bir neçə ağacın kəsilməsinə şərait yaradan icra başçısı Əziz Əzizov və Ekologiya Təbii Sərvətlər Naziri Muxtar Babayev hara baxır ? Hələ illər öncə Ulu Öndər Heydər Əliyevin ağacların kəsilməsinə qarşı sərt çıxışı bu gündə bizim yaddaşımızdan silinməyib. Amma görün odur ki, Yasamal rayon İcra Başçısı Əziz Əzizov Və ETSN i Muxtar Babayev yaşa dolduqca bu kəlmələri yaddan çıxarırlar. Onda isə bizdə onların yaddaşını təzələmək üçün yenidən Heydər Əliyevin bu sözlərini yadlarına salmaq istəyirik. ” KİMSƏ BİR AĞACI KƏSİRSƏ O MƏMİN QOLLARIMI KƏSİR, MƏNİM BALALARIMIN BAŞINI KƏSİR ” Bu cür ağır ifadələrdən sonra ağacların kütləvi şəkildə kəsilməsinə göz yumanlar isə yəqin ki, Heydər Əliyevin balalrının başını kəsmək fikrinə düşüblər.
Ağacların qorunması haqqında cənab prezident İlham Əliyevin də dəfələrlə sərt tapşırıqlarına baxmayaraq Əziz Əzizov və Muxtar Babayev yenə öz bildiyii edir.
Yeri gəlmişkən belə bir atalar misalı var. ” Adam özü oturaq budağı baltalamaz” . Lakin bunların gözünü pul o qədər örtüb ki, kəsilən ağaclara nəyinki göz yumurlar hətta daha çox gəlir əldə etmək məqsədilə daha çox şərait yaradırlar.
Yuxarıda qeyd etdiyimiz atalar sözünü isə əbəs yerə demədik. Oturduğun budağı kəsməzlər . Çünki, oturduğunuz kreslolarda o ağaclardan hazırlanıb. Və kəsdiyiniz təkcə o agaclar olamayacaq həmçinin oturduğunuz kersloların ayağı kəsiləcək və siz bir daha heç vaxt ağac kəsiminə biganə qalmayacaqsız.

Paylaş