Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabatdan sonra cəmiyyətdə “Anar Əliyevin kimliyi” ilə bağlı araşdırmalar getdi. Doğrudur, sonradan Anar Əliyev üzə çıxdı. Hətta virtualaz.org saytının rəhbərinə geniş silsilə müsahibələr də verdi ki, bu müsahibələr sonradan Anar Əliyevin nəzarətə götürdüyü mediada ciddi şəkildə təbliğ də olundu.
Amma məsələ heç də Anar Əliyevin və onun arxasında dayanan Rövnəq Abdullayevin yaratmağa çalışdığı təəssürata uyğun deyildi.Haqqınaz.org olaraq apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə etdik. Xatırladaq ki, zaman-zaman bu məlumatların bəziləri oxucuların diqqətinə çatdırılıb. Məsələn, aşağıda təqdim etidyimiz siyahı artıq Azərbaycan oxucusuna məlumdur:
1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev SOCAR-da satış direktorudur.
3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Azadın oğlu Rəsul SOCAR-da mühüm vəzifə daşıyır.
6. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.
7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Rövnəq Abdullayevn qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim SOCAR-da Demontaj sektorunun rəisidir.
9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.
10. Neft Kəmərləri Idarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
11. Rövnəq Abdullayevin, həm də Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir.
12. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
Haqqınaz.org-ın araşdırmaları zamanı o da məlum olub ki, Anar Əliyev əslində bu gün həm də media patronudur və bu gün onun media siyasəti özünü öz saytlarında ehtiva edir. Yəni saytları vasitəsilə Anar Əliyev mətbuatı yönəldir, özünə tabe etdirir. Başlıca maraq isə arxada olan faktlara – Anar Əliyevin qara işlərinə işıq salınmasının qarşısının alınmasından ibarətdir.
Qeyd edək ki, yuxarıdakı siyahıda Rövnəq Abdullayev ARDNŞ-dəki qohunlarının bir hissinin adı yer alıb. ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutur. “SOCAR” yanacaqdoldurma məntəqələrinin demək olar ki hamısına rəhbərliyi ARDNŞ prezidentinin qohumları edir. Bir çoxunun başında elə Anar Əliyevin yaxın qohumları dayanır. Haqqınaz.org xəbər verir ki,bu haqda “AzPolitika.info”-a məlumat verilib(bax: “ANAR ƏLİYEV KİMDİR Kİ, NEFTDƏN 100 MİLYONLARLA PUL QAZANSIN?” məqaləsinə http://azpolitika.info/?p=9729).
Euroasia-news.net sayti xəbər verir ki, bu və digər faktlar Rövnəq Abdullayev ARDNŞ-i ailə şirkətinə çevirdiyini göstərir.
Euro asia news olaraq olaraq gələn yazımızda Anar Əliyevin qardasları Nicat və Nihat Əliyevinlərin ölkə sərvətlərinin hesabına necə oliqarxa çevrildiklərindən yazı dərc edəcəyik. socarcorruption.wordpress.com