Baş Prokuror Kamran Əliyev məhkəmə qərarlarını ayaqlar altına atan iş adamı “Şərurlu İsfəndiyar” adı ilən tanınan İsfəndiyar Axundovun işini nəzarətə götürüb. Son dövrlər ölkədə korrupsiya halları ilə bağlı həbslərin intensivləşdiyi vaxta çoxsaylı şikayətlər nəticəsində iş adamı Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb.
Bu barədə Mediaxeberleri.az-a zərərçəkmişlər Müzəffər Məmmədli və Mahir Abbasov məlumat verib. Onların sözlərinə görə fırıldaqçı tikinti şirkəti olan “MUR-AY” MMC-nin vətəndaşlara vurduğu zərəri aradan qaldırmaq məqəsdi ilə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Tapşırığa əsasən “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və Milli Bankdan on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, mənzillə təmin etməli idi.
Zərərçəkənləri mənzillə təmin etmək üçün bütün təşkilatlar öhdəliklərinə düşən yardımları tam olaraq təqdim etmələrinə baxmayaraq qanuntanımaz İsfəndiyar Axundov bu günə kimi biz 15 nəfər zərərçəkmişi mənzillə təmin etməmişdir.Məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı bir ilə yaxındır qüvəyyə minsədə İ.Axundov qərarı icra etməkdən qərəzli şəkildə boyun qaçırır.
Bu müddət ərzində dəfələrlə şikayət etməyimizə baxmayaraq qərarın icra etməli olan Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İlham Həsənov, nə də ona nəzarət edən İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova məhkəmə qərarını icra etdirmək arzusunda olmadıqlarını göstərirlər. Əksinə adıçəkilən şəxslər sırf şəxsi maraqlar naminə müxtəlif bəhanələrlə onu müdafiə edirlər. Uzun illərin cəzasızlığından ruhlanan bu “iş adamı” o qədər cəsarətlənmişdir ki, hətda dövlət başçısının götərişi ilə ayrılmış vəsaitin böyük hissəsini şəxsi istək və arzuları üzrə mənimsəmişdir. Bunun sübutu üçün məhkəmə qərarı ilə işə cəlb edilmiş audit hesablamasının nəticələrinə baxmaq kifayət edir.Məhkəmənin təyin etdiyi audit “Şərur” MTK-nın sahibi “məğlub edilməz” iş adamı İsfəndiyar Axundovun törətdiyi təkzibedilməz cinayət tərkibli faktlar açıq-aşkar ortaya qoymuşdur. Lakin ona gözün üstündə qaşın var deyən belə tapılmır, əksinə Nurəddin Mustafayev kimi bürokratlar şəxsi maraqları naminə var gücləri ilə ona “krışalıq” edirlər. Auditorlar Palatasının 08 oktyabr 2018-ci iltarixli aktda “Şərur” MTK-nın sahibi “məğlub edilməz” iş adamı İsfəndiyar Axundovun törətdiyi təkzibedilməz mənimsəmə və cinayət tərkibli faktlar açıq-aşkar ortaya qoyulmuşdur.

İ.Axundov uzun illər keçmiş Baş Prokuror Zakir Qralovun himayəsinə sığınaraq vətəndaşların hüquqlarını ayaq altına ataraq dövlət tərəfindən ona ayrılmış külli miqdarda pulu və torpaq sahəsini mənimsəmişdir. Həmçinin “Mur-ay” zərəçəkmişlərinə ayrılmış Yasamal rayonu Kənar Dairəvi küçəsi ünvanda torpaq sahəsində Jasmine Park salaraq (hazırda tikinti işləri davam edir) inşa etdiyi ticarət mərkəzlərini ərəb iş adamlarına satmışdır. Lakin hazırda yeni Baş Prokuror Kamran Əliyev təyin ediləndən sonra artıq şikayətimiz nəzarətə götürülüb və şikayətçilərin izahatı alınıb. Sözügedən iş əvvəl Rəşad İsgəndərovun icraatında olmuş, hazırda isə Yusif Novruzovun icraatındadır. Bizim əlimizdə olan faktlar İ.Axundovun həbs edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər hüquqi zəmin yaradır. Odur ki, həmin şəxsin həbs ediləcəyini gözləyirik.  mediaxeberleri.az

Paylaş