Tərtərin icra başçısı Müstəqim Məmmədova indi də şəhid oğlunun torpağını əlindən almaq istəyir.

Reportyor.info məlumat verir ki, I Qarabağ döyüşlərinin iştirakçısı olmuş şəhid Adil Dünyamalıyevin oğlu, özü Qarabağ qazisi olan Vasif Dünyamalıyev Tərtərin şefinin hədəfinə tuş gəlib.
Onun sözlərinə görə, icra başçısı Şahin adlı əlaltısını təlimatlandırıb və üstünə göndərib, taxıl sahəsini əlindən almağa çalışır.
“Biz ağdamlıyıq. İşğaldan sonra Tərtərdə yerləşmişik. Özüm Qarabağ qazisiyəm, atam və üç əmim I Qarabağ savaşında şəhid olub. Atamın olduğu məzarlıqdan bir az aralıda 5-6 hektar sahədə taxıl sahəsi əkmişəm. Burada 7 min hektar yer olar.
Ancaq Şahin adlı biri var, əslən Cəbrayıldandır, Tərtərdə Müstəqim Məmmədovun bütün qara işlərini görür, indi həmin adam bu qədər yer qalıb, gəlib yerimə ilişir.
Mənim həyat yoldaşım dünyasını dəyişib, iki yetim bala böyüdürəm, o taxıl sahəsi uşaqlarımın ruzisidir. Ancaq Şahin deyir ki, buranı almışam.
Necə ola bilər ki, siz 370 hektar yer alırsınız, amma mən 5 hektar ərazidə taxıl əkə bilmirəm?!” – deyə Qarabağ qazisi Tərtərin icra başçısından şikayətlənir.
V.Dünyamalıyev deyir ki, cəbrayıllı gəlib Tərtərdə yer ala bilir, amma o, qazidir, balaları üçün yer əkə bilmir. O, prezident kömək istəyib.
“İcra başçısı deyir ki, atanın ağlı olaydı, ölməyəydi. Bunun sözünə bax. Şəhid puluna kredit götürüb taxıl əkmişik. Yoldaşım rəhmətə gedib, himayəmdə iki azyaşlı uşaq var. Müstəqim bəy isə tapşırıq verib ki, bu yer mənimdir.
Sənin pulun var deyə məni öldürməlisən? Atamın günahı buydu ki, şəhid olsun, oğlunu hədələsinlər?
Müstəqim Məmmədov hər yerdə deyir ki, səni zəhərlədəcəm, onu harada tutdunuz basın içəri. Məni hədələməklə məşğuldur”.

Paylaş