Ağsu Rayon Mərkəzi Xəstəxanasının(RMX) Baş həkimi işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, AĞsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova Səlim Müslümovun dayısının həyat yoldaşıdır.

Paylaş