Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında müharibənin gedişində yaranan problemlərdən danışıb.

Korrupsiya.az xəbər verir ki, Prezident geniş danışmasa da, ‘əməliyyatların gedişində hərbi personalla bağlı problem yarandı, lakin biz o məsələni həll etdik’ söyləyib:

“Müharibədə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz indiyədək, demək olar ki, müharibələrdə iştirak etmirdi və sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Müharibə təcrübəsindən düzgün nəticələr çıxarmalıyıq. Böyük uğurlarımız olub, eyni zamanda müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Bunu biz gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi personalla bağlı qəbul edilmiş qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb ki, biz onları həll etdik”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, savaşın gedişində ordu heyətində ən səs-küylü dəyişiklik Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən uzaqlaşdırılması olub.

Paylaş