Prezidentin keçmiş köməkçisi Əli Həsənovun dövlətin milyonlarla vəsaitini mənimsəməsinə baxmayaraq bu günə qədər həbs olunmaması cəmiyyətdə və media camisində çaşqınlıq yaratmaqdadır. Keçmiş köməkçinin və onun illərdir mediada formalaşdırdığı şəbəkənin – Vüqar Əliyev, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Əflatun Amaşov, Yadigar Məmmədli, Ümid Mirzəyev, İlham İsmayılov və digərlərinin cəzasız qalması dövlətin hüquq mühafizə orqanlarının qanunlara sayğısızlığı kimi qiymətləndirənlərdə az deyil. Bir neçə ay öncə Əli Həsənov şəbəkəsinin qanunsuz əməlləri ilə bağlı Baş prokurorluqda başlanılmış cinayət işi barədə ictimaiyyətə ara-sıra məlumatlar verildi və indi bir susqunluq yaşanmaqdadır. Şəbəkənin iki üzvünün – Vüqar Səfərli və digər bir şəxsin həbsi istintaqın düzgün aparılacağına inamı artırmışdı. Lakin, son günlər cinayət işinin bağlanması ilə bağlı yayılan məlumatlar ciddi narazılığa səbəb olub.

Reallıq.TV cəmiyyətdə və mediada formalaşan narazılıqlara aydınlıq gətirmək, keçmiş köməkçinin cinayət tərkibli əməllərinin ört – basdır edilməsi ilə bağlı formalaşan fikirlərə münasibət öyrənmək məqsədilə ölkənin tanınmış media rəhbərlərinə sorğu unvanlayıb. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun və şəbəkəsinin fəaliyyəti və qanunsuz əməlləri ilə bağlı başlanılmış cinayət işinin gedişi barədə nə deyə bilərsiniz – sualımızı Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, tanınmış jurnalist, professor Qulu Məhərrəmli, “Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev və Reallıq TV Media qrupunun rəhbəri İkram Rəhimov cavablayıb. Həmin cavabları aşağıdakı videoda izləyə bilərsiniz. İzlədikdən sonra Sizdən kanala abunə olmağınızı xahiş edirik.

Paylaş