Azərbaycanda əsirlikdə olan Livan ermənisi Maral Najaryan Beyruta qayıdıb.

Korrupsiya.az xəbər verir ki, belə bir məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumatda bildirilir ki, Maral Najaryanın geri qaytarılması Rusiya Federasiya Şurasının prezidenti Valentina Matvienkonun səyləri ilə həyata keçirilib.

Qeyd edək ki, Livanda yaşayan erməni əsili Vigen Luljekyan və Maral Najaryan müharibə zamanı separatçılara dəstək vermək üçün Qarabağa gəliblər.

Vigen Luljekyanın cəsədi noyabr ayında Şuşa ətrafında tapılıb. Maral Najaryan barəsində isə heç bir məlumat yoxdur.

Ermənistan mətbuatı iddia edirdi ki, Maral Najaryan Azərbaycan əsgərləri tərfindən əsir götürülüb.

Onu da bildirək ki, Azərbaycan tərəfində məsələ ilə bağlı hər hansı bir rəsmi açıqlama olmayıb.

Paylaş