Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində martın 21-də rayon ərazisində 1 avtomobildən 2400 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş