Rusiyanın “Kommersant” qəzeti Azərbaycanın İrəvanın əsirlər, Bakının isə terrorçu-diversantlar kimi qəbul etdiyi Emənistanın 73 vətəndaşının 3 şərtlə azad edə biləcəyini yazıb.

Korrupsiya.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Rus nəşri iddia edib ki, bu 3 şərt aşağıdakılardır:
1. Ermənistan keçmiş Dağlıq Qarabağ ərazisindən silahlı qüvvələrini çıxartmalıdır;
2. İşğal altındakı Kərki kəndi (Naxçıvan) boşaldılmalıdır;
3. Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusunun nəzarətinə verilməlidir.
Paylaş