Zəngəzurda emənilər orduya güvənmir və könüllü birləşmələr yaradır.
Cebhe.info xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazıb.
Nəşrin iddiasına görə, Sünik rəhbərliyi Qaragölün Azərbaycanın nəzarətinə keçməsi barədə əvvəldən məlumatlı olub.
Buna görə də baş verənlərə dərhal reaksiya bildirilməyib. Nəşrin iddiasına görə, bölgə rəhbərliyi ən azı bir həftə əvvəldən Azərbaycanın həmin ərazini də nəzarətə götürəcəyi barədə xəbərdar olub:
“Buna baxmayaraq, Sünik administrasiyasının rəsmi internet səhifəsində vəziyyətin nəzarət altında olduğuna əminlik ifadə olunur”.
Xatırladaq ki, son 2 gündür Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Azərbaycan öz sərhədlərini bərpa edir.