“Ortaq postların yaradılması ilə bağlı razılıq əldə edildiyi barədə məlumat var. Başqa sözlə, türklər istədiklərinə nail oldu”.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan özünün Facebook səhifəsində yazıb.

“Mediaya Sünikdəki problemin guya həll edildiyi barədə məlumat verilib. Bizdə isə ortaq post (postlar) yaratmaqla bağlı razılıq əldə edildiyinə dair məlumat var. Başqa sözlə, türklər istəklərinə nail oldular. Onların bizim ərazilərimizdə postları olacaq, üstəlik demarkasiya aparılana qədər 3.2.3.2 yaksəklikləri də onların nəzarətində olacaq. Hətta toyuq beyinli insanlar da yaxın illərdə Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası və demarkasiyası olmayacağını başa düşürlər. Bu proseslər yalnız onlar Süniki tamamilə “özəlləşdirəndən” sonra başlayacaq. Hazırda onlar biz tərəfdən qanuniləşdirilmiş razılaşmaya əsasən ərazilərimizdədirlər. Torpaqlarımızı təslim edən məğlub növbəti əraziləri də təslim etdi”,- deyə Baqratyan vurğulayıb.

 

Prezidenti sərt şəkildə tənqid edən Baqratyan, onu birbaşa vəzifələri ilə deyil, ailə biznesi ilə məşğul olmaqda suçlayıb. O, həmçinin Sünikdəki problemin həll edildiyini elan etməyə tələsən bəzi müxalifətçiləri də qınayıb. “Hoppanmamış “hop” demə”,- deyə keçmiş baş nazir onlara məsləhət verib.

Paylaş