Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xocasən qəsəbəsi ərazisində baş verib.

FHN yanğınsöndürən avtomobili “Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində FHN əməkdaşları ağır xəsarət alıblar.

***

FHN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə günorta saatlarında Binəqədi rayonu ərazisində baş verib: “Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğına çıxış zamanı qəzaya düşüblər. Bir nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərlərinin xəsarətləri yüngül olduğundan ambulator müalicə alaraq evə buraxılıblar”.

Murad Əhməd

Paylaş