Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi silahla qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusev barəsində 2 aylıq həbs qərarı verib.
Korrupsiya.az ın Rusiya mediasına istinadən məlumatına görə, Qusev vəzifə səlahiyyətlərini aşma və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə ittiham olunur.
Polis inspektoru növbəti iki ayı istintaq təcridxanasında keçirəcək.
Qeyd edək ki, hadisə mayın 28-də baş verib. Aleksandr Qusev Vəkil Abdullayevin içərisində olduğu “Toyota” markalı avtomobilə saxla əmri versə də, sürücü buna əməl etməyib. Daha sonra otellərdən birinin qarşısında dayanan “Toyota”nın sürücüsü və sərnişinləri qaçmağa başlayıb. Qusev onlardan birini yaxalayarkən tabel silahından açdığı atəş nəticəsində Vəkil Abdullayevi başından ölümcül yaralayıb. V.Abdullayev xəstəxanada dünyasını dəyişib.