“Ermənistan terror dövlətidir”.
Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev “Facebook” hesabında qeyd edib.
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olduqlarını xatırladan deputat Ermənistana təzyiq göstərilməsi vacibliyini önə çəkib:
“Ölən jurnalistlərin valideynlərinin və yaxınlarının ahı bütün Ermənistanı tutsun! Onlar xəritəni vermirsə, Ermənistan tərəfinə xəbərdarlıq göndərmək lazımdır ki, əks halda filan zamanda erməni əsirlərini həmin ərazilərdə gəzdirəcəyik. Dünyaya da səs salmış olarıq ki, onlar da Ermənistana təzyiq göstərsinlər”, deyə Razi Nurullayev əlavə edib.