Pfizer” vaksininin ilk dozasını vurduran bəzi vətəndaşlar müvafiq məlumat bazasına şəxsi məlumatlarını yazdıqda onlar “Sinovac” peyvəndinin vurulduğu barədə bildirişlə qarşılaşıblar. Belə ki, randevu.its.gov.az sisteminə məlumatları daxil etdikdə vətəndaşlara başqa vaksin vurulduğu halda,  “Sinovac”ın adı görünür.

Korrupsiya.az xəbər verir ki, qeyd edilən sistemdə məlumatların düzgün əks olunmaması müzakirələrə səbəb olub.

Sözügedən problemlə qarşılaşan şəxslərin sözlərinə görə, vaksinlə bağlı e.tabib-in sertifikatında isə “Pfizer” əks olunub. Bundan başqa, tibb müəssisəsindən vətəndaşa verilən COVİD-19 pasportunda da peyvəndin “Pfizer” olduğu yazılıb.

Məsələylə bağlı İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, şəxsi kabinetden vaksin sertifikatını yükləyən hər bir vətəndaşa hansı vaksin vurulubsa, həmin peyvəndin adı sistemdə əks olunur. Vətəndaş istədiyi vaksini vurdura bilər. Peyvənd sertifikatı da bunun sübutudur. Bəzi vətəndaşların qarşılaşdığı məsələ əslində yanlış anlaşılmayla bağlıdır.

 


Paylaş