Şabran rayon Pirəbədil bələdiyyəsinin sabiq sədri Nuriyev Cəmaləddin Müzəfəddin oğluna cinayət işi açılıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Məhkəmə prosesində Şabran rayon Pirəbədil bələdiyyəsi zərərçəkmiş şəxs qismində çıxış edəcək.

Bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş