Korrupsiya.az xezerxeber.az-a istinadən bildirir ki, azyaşlı uşaq bağcada döyülüb.

Kəmalə Əhmədova iddia edir ki, 2 yaşlı nəvəsi Paytaxtın Nərimanaov rayonunda yerləşən 56 saylı uşaq baxçasında döyülüb.

Uşağın nənəsi “Xəzər Xəbəriə bildirdi ki, onun nəvəsi bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Kəmalə Əhmədova döyülmə faktının tibbi ekspertizanın da təsdiqlədiyini iddia edir. Onun sözlərinə görə bununla bağlı bağçanın rəhbərliyinə müraciət etsələr də, hansısa nəticə əldə olunmayıb.

Sonradan qarşı tərəflə telefonla əlaqə saxlamağa da, cəhd etdik. Uşağın Aytən adlı qrup rəhbəri sualımızı cavabsız qoydu.

Artıq məsələ ilə bağlı Nərimanov rayon 17-cı polis bölməsinə də müraciət olunub. Faktla bağlı araşdırma aparılır.

Paylaş