Rusiyada epidemioloji durum olduqca ağırlaşıb və buna səbəb “Delta” ştammının sürətlə yayılmasıdır.

Cebhe.info xəbər verir ki, bunu “Rospotrebnadzor”un direktor müavini Aleksandr Qorelov deyib. O bildirib ki, Hindistan ştammı olan “Delta” yayılma sürətinə görə digər ştammlardan kəskin fərqlənir.

Artıq dünyanın 110 ölkəsində qeydə alınan bu ştammın ən mühüm xüsusiyyəti odur ki, o, isti havanı sevir. Ancaq mütəxəssislər bunun daha detallı araşdırma mövzusu olduğunu deyirlər.

Paylaş