“Hər kəs antiterror əməliyyatlarına  hazır olmalıdır. Çünki Ermənistan bizim ərazilərimizi atəşə tutur, onlar Bəyənnamənin tələblərini pozurlar”.
Bu sözləri azxeber.com a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
O, bildirib ki, torpaqları qorumaq bizim borcumuzdur:
“Ora bizim öz ərazimizdir, bu, bizim işimiz və borcumuzdur. Azərbaycan əsgərini, vətəndaşlarını, torpaqlarını qorumalıyıq. Buna görə də biz antiterror əməliyyatlarına hər an hazır olmalıyıq”.
Paylaş