Bakıda 41 yaşlı Amid Gəray oğlu Məmmədov itkin düşüb. 

Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat veriblər.

A. Məmmədovun avqustun 4-də yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi 6 ünvanından siqaret almaq adı ilə çıxdığı və bir daha geri qayıtmadığı bildirilir. Yaxınlarının sözlərinə görə, A. Məmmədov ruhi xəstəlikdən əziyyət çəkir.

İtkin düşən şəxsi görənlərdən (055) 523-96-41 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Paylaş