Xəbər verdiyimiz kimi, bu gün Bakıda yol polisinin qaydaları pozması ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən, hərəkət üstünlüyünə malik olan polis avtomobili, təcili tibbi yardım, yanğınsöndürən və s. digər nəqliyyat vasitələrinin sürücüləri zərurət yarandıqda təhlükəsizliyi təmin etmək şərti ilə yol hərəkəti haqqında qanunun tələbini poza bilər:

“Ona görə də bu gün yayılan görüntülər cəmiyyət arasında çaşqınlıq yaratmamalıdır. Araşdırma zamanı məlum olub ki, ərazidə kiçik bir yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olduğu üçün həmin ərazidə süni sıxlıq yaranmış, bu da həmin yol patrul avtomobilinin sürücüsünün bu cür hərəkət etməsinə səbəb olmuşdur”.

***

13:45

Bakıda yol polisi qaydaları pozub.

Unikal.org-un məlumatına görə, 99-YP-442 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili sağdan ötmə əməliyyatı edib və düz xəttin tələbini pozub.

 

Paylaş