Şəhid Baş Leytenant Qasımov Həmid Oruc oğlu.
11.12.1994-cü ildə dünyaya göz açan Qasımov Həmid Oruc oğlu Kəngərli rayon Qabıllı kəndində böyümüşdür
2009-cu ildə Heydər Əliyev adına hərbi litseye qebul olmuşdur 2012-ci ildə hərbi litseyi bitirmiş AAHM-ə qəbul olmuşdur 15.06.2016-cı ildə təşəkkürnamə ilə AAHM-dən məzun olmuşdur.Həmin ildən Goranboy rayon N sayili herbi hissede Leytenant rütbəsi ilə Tağım komandiri vəzifəsində xidmətə başlamışdır.2017-ci ildə Tərtər rayonunun N saylı hərbi hissəsinin tabeçiliyində olan Milli Qəhrəmanımız Mübariz İbrahimovun postunda xidmətə başlamışdır.Xidmət etdiyi dövürde tabeçiliyinde olan herbi qulluqçulara bir komandir kimi yox,bir dost ,bir qardaş kimi onlarla semimi olmuşdur. Xidməti müddətinde 5 il daima yüksekliklerde öz xidmetine layiqince davam etmişdir.2019-cu ilde ordu komandanliği terefinden gosterdiyi xidmetleri nezere alaraq Baş Leytenant rütbesi ile mükafatlandırılıb , Bölük komandiri vezifesine teyin edilmişdir. Xidmət etdiyi 5 il erzinde ordu komandanliği terefinden 3 defe fexri fermanla mükafatlandirilmişdir. Həmid her zaman ona tapşırılan xidmət yerlerinde gördüyü işlerle seçilmiş özündən yüksək rütbeli komandirleri terefinden bir nece defe teşekkür almişdir.
Həmid 9 yaşından atasız böyümüşdür .2009cu iledek Kengerli rayon Qabıllı kendinde Anasi ve Qardaşı ile yaşamışdir .Nişanlı idi.
27.09.2020-ci ilde öz taboru ile başlayan 2ci Qarabağ müharibesine qatilmişdir.
Böyük sücayet ve qehremanliqla vuruşaraq öz döyüş yoldaşlari ile düşmenin ön cebhesini mehv etmişdir.İlk yarasini qarnindan alan Həmid yere düşmüşdür.Lakin öz yoldaşları ona neqeder (yerde qal) deye qışqırsalarda onları dinlemeyib elinde avtomatla yeniden ayağa qalxmişdir . Ayaqda zorla duran qorxusuz igidimiz silahini yeniden düşmen mövqeyine yöneltmişdir Düşmən snayperinden açılan atəş nəticəsində boğazindan ikinci yarani almişdir .Həmidi ağır yarali goren esgeri onu ateş altindan kenar movqeye çekmişdir .Əsgər komandirine neqeder qişqirib (bizimle qal komandir) desede artıq herşey üçün gec olmuşdur .Həmid esgerinin ona yalvarışına baxıb gülümseyerek Şəhid olmuşdur.
03 oktyabır 2020-ci ilde son damala qanina kimi vuruşaraq qehremancasina Şəhid olmuşdur .
Ailesi ile son danişiğinda Halallıq isteyib , bu döyüşden sağ qayitsamda Şəhid olsamda öz üstüme düşeni layiqince yerine yetireceyimi bilin demişdir.Döyüşün başlandığı gün Qardaşına zeng ederek 2-ci Qarabağ müharibəsinin başladiğini bildirib ve Qardaşindan herbi kamisarlığa gederek könüllü döyüşe yazılmasını isteyib .Qardaşına bildiribki men olduğum yerden başlayaraq Qarabağ ərazisindən Naxçıvana yol açaraq gelirem .Sende Naxcivandan döyüşerek gel Qarabağda görüşek zeferi bize yaraşan şekilde qeyid edek .Həmidin Qardaşına son sözü , əgər mən bu döyüşdə Şəhid olaramsa Anam və Nişanlım sənə əmanətdir .Həmid Anası ilə son danişiğinda bele deyib:Ana bağışla yazdığın mesajlara cavab yaza bilmirem biraz işlerim çoxdur ama narahat olma yaxinda herşey dahada yaxşı olacaq Şükür Allaha sağ-salamatcılıqdır narahat olma vaxt olan kimi zeng edecem Allaha əmanət ol.Həmid döyüşə hazırlaşanda bölüyünü toplayaraq onlara bele demişdir. Bu yol şeref yoludur. İllerle hesretinde olduğumuz torpaqlarimizin uğurnda şerefle döyüşmek bize qismet oldu döyüş meydaninda ne olursa olsun əsla geriye baxmayın.böyük əzim və sucayetle qorxusuzcasina düşmenin üzerine gedin. Çünkü biz tarix olanlar deyilik tarix yazanlarıq. Döyüş zamani Həmidin döyüş yoldaşının dilinden deyilen sozlere esasen Həmid öz esgerlerine bir neçe metir onlarin arxasindan gelmesini əmr etmişdir.Biz bugunku gunde Həmidin Ailesi olaraq böyük fəxir və qürur hissi keçiririk. Çünkü bu vetene bu millete Həmid kimi qorxusuz qeyrətli igid yetişdirmişik onlar tək bizim yox bütün Azərbaycan xalqinin qəlbində daim yaşayacaqdır.Allah cəmi Şəhidlərimizə rəhmət eləsin onlar bizim Fəxrimizdir və biz Şəhid ailesi olaraq bütün Azərbaycan Şəhidləri qarşısında baş əyirik!!!

Paylaş