Təxminən bir ilə yaxındır erməni əsirliyindən azad olunaraq vətənə qaytarılan Dilqəm Əsgərov işğaldan azad olunan ərazilərdə olub.
Korrupsiya.az xəbər verir ki, bu barədə BAKU.WS-ə D.Əsgərov özü məlumat verib.
“Uzun illərdən sonra vətənə gəldim. Şuşa şəhərində, Laçında, Qubadlıda oldum. Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm. İllər sonra yenə Şuşadayam, yenə burdayam”, – deyə D.Əsgərov bildirib.