“Biz “Su-25″lə yeni bombalar tətbiq etdik. Xüsusən lazer yönümlü bombaları ki, bizə dəqiq zərbə endirməyə imkan verib”.
Korrupsiya.az xəbər verir ki, general-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib.
“Vətən Müharibəsindən qabaq deyirdilər ki, iki dəfə bomba eyni yerə düşə bilməz. Biz göstərdik ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək olar”, – deyə Hərbi Hava Qüvvələrinin komandanı əlavə edib.
Paylaş