Azərbaycanda daha bir azyaşlı diləndirilərkən aşkar edilib
Korrupsiya.az bildirir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, azyaşlının fotosunu paylaşaraq aidiyyatı qurumlara müraciət edib.
“Bu foto Tovuzun dəmiryolu vağzalının piyada keçidinin qarşısında çəkilib. Buyurun, prosedur qaydalar nə tələb edir, həyata keçirin”, deyə Ağazadə əlavə edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru, Elşad Hacıyev isə bildirib ki, məsələ nəzarətə götürülməklə müvafiq tapşırıqlar verilib.
Paylaş