Bərdədə arvadını qətlə yetirməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Korrupsiya.az Milli.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu il iyulun 25-i saat 05 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanı əri, 1983-cü il təvəllüdlü Aqil Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.