ABŞ-ın Dövlət Departamenti meksikalı narkobaron “El Çapo”nun qardaşının yeri barədə məlumat verən şəxsə 5 milyon dollar vəd edib.
Korrupsiya.az xəbər verir ki, hazırda Oreliano Quzman Loeranın yaxalanması üçün əməliyyatlar intensivləşdirilib.
Qeyd edək ki, o da digər 3 qardaşı kimi beynəlxalq narkotik ticarətində ittiham edilir. Onun məşhur narkobaron qardaşı El Çapo (Yoakin Quzman) 2019-cu ildə ömürlük həbs cəzasına məhkum edilib. O, ABŞ-ın Kolorado ştatında xüsusi rejimli həbsxanada cəza çəkir.

Paylaş