Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 191 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.
Korrupsiya.az ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 755 046, ölənlərin sayı isə 10 509 nəfərə çatıb. Virusa yoluxanlardan 693 129 nəfərin sağaldığı bildirilir.