Ermənistanda müxalifət Nazirlər Kabineti binası önündə etiraz  aksiyası keçirir.

Korrupsiya.az erməni  KİV-ə istinadən xəbər verir ki, polis aksiya iştirakçılarına müdaxilə edib və qarşıdurma yaranıb.

Qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Ermənistan Nazirlər Kabinetinin iclası keçirilir. Müxalifət isə Gorus-Qafan avtomobil yolunda Azərbaycanın gömrük və sərhəd məntəqələri yerləşdirməsinə etiraz edir.

Paylaş