Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

Bu barədə Korrupsiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 5-də “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Şəki şəhər sakini R.Məmmədov barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb.

Paylaş