Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

Xidmət rəsmisi Vaqif Cavadov Korrupsiya.az-a  bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Səbri Qədirov tərəfindən kəsildiyi və təbiətə 2200 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nərimanov Rayon Prokurorluğuna göndərilib”.

Paylaş