“2021-ci ildə inflyasiya 6 % ətrafında olub, əməkhaqqıların artırılması buna uyğun gəlməyib və 2,5 dəfə fərq yaranıb. Bu da əhalinin güzəranının pisləşməsi deməkdir”.

Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, əhalinin cari ildə real gəlirləri azalıb. O əlavə edib ki, gələn ilin büdcəsində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün vəsait ayrılıb.

“Bu gün süni qiymət artımı gedir. Təəssüf ki, məmurlar çıxışlarında bunu demədi. Amma bunun bir səbəbi də məmur monopoliyasıdır. 1 % süni qiymət artımı əhaliyə 400 milyon manata yaxın ziyan vurur. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması üçün həyata keçiriləcək tədbirlər inflyasiyanın qarşısını almağa kömək edə bilər. Biz qlobal təsirlərin inflyasiyaya təsirinə mane ola bilmərik. Amma axildə buna təsir edən amillərə qarşı tədbirləri gücləndirməliyik”.

Paylaş