“Polisin cinsi zorakılığına məruz qaldığını iddia edən qadınla bağlı araşdırma başlanıb”.
Korrupsiya.az xəbər verir ki, bunu “report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Xəyalə Bahadur qızı Vəliyevanın Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi Fərid Məmmədovun cinsi zorakılığına məruz qalması ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, iddialarla bağlı DİN-in müvafiq idarəsində araşdırma aparılır.