Bolqarıstanın hazırkı dövlət başçısı Rumen Radev 64,5% səslə dünən keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Korrupsiya.az” xəbər  verir  ki, araşdırma məlumatları Bolqarıstanın Nova telekanalında canlı yayımlanıb. “Gallup International” sosioloji agentliyinin exit-pollunun nəticələrinə görə, Radevin nəticəsi 65,7% təşkil edir.

Hər iki araşdırma göstərir ki, Bolqarıstanın ən yüksək dövlət vəzifəsinə daha bir namizəd – Sofiya Universitetinin rektoru Anastas Hercikov Radevə uduzur. Trend agentliyinin məlumatına görə, o, səslərin 33,6%-ni, Gallup International-ın məlumatına görə – 31,5%-ni toplayıb.

Paylaş