Bu gün Nəsimi rayon məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Korrupsiya.az ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Nurməmmədov vəsatət qaldırıb. Vəkil Mahir Ələkbərovun xəstəliyi ilə əlaqədar barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Hakim vəsatəti təmin etməyib.

İş üzrə məhkəmənin baxış iclası dekabrın 10-na təyin olunub.

Paylaş