Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.
Korrupsiya.az Oxu.Az-a istinadən xəbər verir ki, qan azlığı xəstəliyindən əziyyət 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.
Qeyd edək ki, Rəhman Yekəyev Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 saylı orta məktəbin şagirdi olub. O, orta məktəbdə 9-cu sinfə qədər təhsil alıb.