Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərindəki qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.

Korrupsiya.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib:

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Paylaş