İranın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Korrupsiya.az xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“İran səfirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması və bir neçə nəfərin şəhid olması ilə bağlı dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”

Paylaş