Pilotlarımızın şəhid olması çox böyük hadisədir. Bu təbii ki, bizim radiolarımızda, televiziyalarımızda, teatr konsert müəssisələrimizdə nəzərə alınsa yaxşıdır”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov deyib. Aktyor deyib ki, adlarını sadaladığım qurumları özlərini o şəhid ailələrinin yerinə qoysunlar:

“Yaxşı olar ki, bizim televiziyalarımızın rəhbərləri, müəyyən müəllif proqramlarının aparıcıları özlərini şəhid olanların atasının, anasının, qardaşının, bacısının, ailəsinin yerinə qoysunlar. Onda onu hiss edərlər ki, söhbət nədən gedir. Hər-halda ölkədə belə bir hadisə baş verib və bu da verilişlərin gedişatında nəzərə alınmalıdır.

Düzdü, təbii ki, televiziyanın özünün reklam siyasəti var, müəyyən şou proqramlar olmalıdır ki, reklamlar verilsin, televiziya dolansın, müəyyən maliyyə xərcləri var. Bunlar da nəzərə alınmalıdır. Amma hər-halda elə bilirəm ki, bu müddətdə bir az ehtiyatlı olmaq olar. Bu elə də çətin bir iş deyil və məsləhətdir ki, belə də olsun. Mən indi bir şəhidimizin yas mərasimindəyəm. Həqiqət budur və bundan qaça bilmərik. Arzu edirəm ki, adlarını çəkdiyim qurumlar belə məsələlərdə həssas olsunlar”.

Paylaş