ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 2,02% artaraq 1 barelə görə 71,29 dollar təşkil edib.
Korrupsiya.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,14% artaraq 67,68 dollar təşkil edib.