Yarım milyonluq dələduzluqda ittiham olunan Ağdam rayon sakini 37 yaşlı Tamerlan Tağıyev hakim önünə çıxarılır. virtualaz.org-un xəbərinə görə, iş hakim Azad Məcidovun icraatına verilib. Məhkəmənin baxışı dekabrın 8-ə təyin edilib.
Qeyd edək ki, “Kəpəz-M”MTK nın direktoru R.Quliyev Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, şirkətin işçisi Tamerlan Tağıyev ondan xəbərsiz qanunsuz olaraq bir neçə mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri yarım milyon manatdır. Cinayət işi üzrə zərərçəkmiş qismində “Kəpəz-M” MTK, Esmira Qasımova, Tural Qələndərov, Hüseynağa Heydərov, Xalid Quliyev, Vüsalə Səfərova və Səfayət Hətəmova tanınıblar.