Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Korrupsiya.az xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində baş verib.
1987-ci il təvəllüdlü S.Əzizov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, 39 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.