Bərdə sakini dərman içərək intihar edib.
Korrupsiya.az ın məlumatına görə, Bərdə rayon Gərənə kənd sakini 1976-cı il təvəllüdlü Mustafayeva Aynur Əliağa qızı yaşadığı evdə bir neçə ədəd dərman içərək intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.