İranın İsfahan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Korrupsiya.az xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb.
Hadisə nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın baş verməsinə səbəb yük maşını sürücüsünün yuxulu olması olub.
Faktla bağlı cinayət işi açılıb.