Finlandiyanın Baş naziri Sanna Marinin əyləncəsi ölkədə gündəm mövzusuna çevrilib. 

Korrupsiya.az  xəbər verir  ki, koronavirusa yoluxma hallarının artdığı ölkədə baş nazir Sanna Marin karantin qaydalarını  pozaraq əri və dostları ilə birlikdə gecə klubunda görüntülənib.

Marinin gecə  klubunda çəkilən fotosu  qısa zamanda  yerli mətbuatda  dərc olunub.  İnsanlar  Baş naziri karantin qaydalarını  pozaraq, əyləncəsini davam etdirdiyinə  görə  qınağa çəkiblər.

Hadisədən sonra  Baş nazir  yazılı şəkildə  Finlandiya xalqından üzr istəyib.

Paylaş