“Media sahəsində islahatların yol xəritəsinin müəyyənləşdirilməsi üçün qanun layihəsi hazırlanıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru, qanun layihəsini hazırlayan İşçi Qrupun rəhbəri Əhməd İsmayılov deyib.
Ə. İsmayılov bildirib ki, hazırda “KİV haqqında” qanunda mövcud olan və müasir çağırışlara cavab verməyən anlayışlar yenidən işlənib: “Yeni layihə xidmət müqaviləsi ilə fəaliyyət göstərən jurnalistləri də jurnalist hesab edir. “Media haqqında” qanun layihəsi “copy past” jurnalistikası ilə mübarizə aparmaq yolları da ehtiva edilib. Beləliklə, “copy past” jurnalistikasıyla da mübarizə aparılacaq”.

Paylaş