Çinin şimalındakı Tyantszin şəhərində koronavirusun “omikron” ştammına ilk yoluxma halı aşkarlanıb.

Korrupsiya.az xəbər verir ki, bu barədə şəhərin epidemioloji qərargahı məlumat yayıb.

Yoluxmuş şəxsin xaricdən gəldiyi bildirilir. Xəstəlik özünü simptomsuz göstərib, həmin şəxs artıq xəstəxanaya göndərilib.

“Çində ilk dəfədir ki, “omikron” ştammı aşkar edilir”, – açıqlamada vurğulanıb.

Paylaş