Türkiyəli müğənni Gülçin Ergül və sevgilisi, iş adamı Erdal Şeyda Lafçı qəzaya düşüb.

Korrupsiya.az  xəbər ki, hadisə Türkiyənin İzmir-İstanbul yolunda baş verib. Avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində sükanı idarə edən Erdal hadisə yerində həyatını itirib. Yaralanan Gülçin isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, G.Ergül Türkiyənin “Hepsi” qrupunun keçmiş üzvüdür.

Paylaş